Azedu.az

Formativ qiymətləndirmə ləğv edilib?- Rəsmi AÇIQLAMA

Təhsil Nazirliyi

22 Avqust 2022, 13:32
Formativ qiymətləndirmə ləğv edilib?- Rəsmi AÇIQLAMA

 

Ümumi təhsil müəssisələrində formativ qiymətləndirmənin ləğv edilməsilə bağlı sosial şəbəkələrdə, müəllimlər arasında informasiyalar dolaşır.

 

Məlumatlara əsasən formativ qiymətləndirmənin rəsmi şəkildə ləğv edildiyi bildirilir.

 

Mövzu ilə bağlı Elm və Təhsil Nazirliyi AzEdu.az-ın sorğusuna əsasən məsələyə aydınlıq gətirib:

 

“Elm və Təhsil Nazirliyindən sorğuya cavab olaraq bildirilir ki, formativ qiymətləndirmə Təhsil Nazirliyinin 28.12.2018 tarixli 8/1 nömrəli Kollegiya Qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (məktəbdaxili qiymətləndirmənin) aparılması Qaydası”na əsasən aparılır.

 

Qeyd olunanları nəzərə alaraq bildiririk ki, cari ildə də ümumi təhsil müəssisələrində formativ qiymətləndirmə aparılacaq”.

 

Qeyd edək ki, formativ qiymətləndirmə üçün xüsusi jurnal olmur. Qeydlər məktəbli kitabçasında (gündəlikdə) və müəllimin formativ qiymətləndirmə dəftərində aparılır.

Rusiya 120 min əsgər itirdi: Q*an su yerinə axır!
Son xəbərlərDaha çox