Azedu.az

Daha bir məktəb koronavirusa görə distant təhsilə keçir

Təhsil Nazirliyi

21 Yanvar 2022, 15:36
Daha bir məktəb koronavirusa görə distant təhsilə keçir

Bakıda 45 nömrəli tam orta məktəbin fəaliyyəti yanvarın 24-dən distant təhsil formasında davam etdiriləcək.

 

Bu barədə  AzEdu.az-a  Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

 

Qeyd olunub ki, Gigiyena və Epidemiologiya Mərkəzi COVID-19 infeksiyasına yoluxma və qarşılıqlı təmas halları ilə bağlı 45 nömrəli tam orta məktəbdə əyani tədris prosesinin 14 gün müddətinə distant təhsillə əvəz olunmasına qərar verib: "Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur və müvafiq qaydaların icrası ilə bağlı mütəmadi monitorinqlər aparılır".

Azərbaycanlı trollar Ərdoğana HÜCUM - Bununla şantaj edirlər
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox