Azedu.az

Təhsil naziri valideynlərə müraciət etdi

Təhsil Nazirliyi

18 Noyabr 2021, 14:46
Təhsil naziri valideynlərə müraciət etdi

"Təhsil sisteminin kökündə duran məsələ dəyərlərin ötürülməsidir. Böyüklər tərəfindən həddən çox gözləntilərin olması ilə razıyam".

 

AzEdu.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumunda çıxışı zamanı deyib.

 

Onun sözlərinə görə, valideynlər onların getdiyi məktəblə, uşaqların getdiyi məktəblər arasında fərqlər olduğunu qəbul etməlidir: "Biz az sual veririk ki, uşaqlar nə istəyir. Ən vacib sual isə 20-30 ildən sonra uşaqlara nə lazım olacaq. Fənn bilikləri ilə bağlı deyə bilərəm ki, fənlərin ayrı-ayrı tədrisi köhnəlib. Çünki həyat təcrübəsində fənlərin öyrətdiyi bacarıqların istifadəsi lazımdır".

Azərbaycanlı trollar Ərdoğana HÜCUM - Bununla şantaj edirlər
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox