Ölkəmizdə koronavirus (COVİD-19) pandemiyasına qarşı görülən tədbirlər nəticəsində virusun geniş yayılmasının qarşısını almaq mümkün olmuş və son günlər yoluxmaların sayında azalma müşahidə edilməkdədir.
AzEdu.az xəbər verir ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən 2020-2021-ci tədris ilinə hazırlıq məqsədilə sistemli tədbirlər həyata keçirilir.
Müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahan mərhələsinim növbəti həftədən başlanması nəzərdə tutulur.