“Sentyabrda təhsil müəssisələrinə yeni tələbələr qəbul olunacaq və onlar həssas qrupdan olarsa,ödənişlə bağlı müraciət edə biləcəklər”.
AzEdu.az xəbər verir ki, bunu Təhsil nazirinin müşaviri Elnur Məmmədov deyib.
O, vurğulayıb ki, keçmişdə tələbə olub və təhsil haqqını ödəyə bilməyənlərin müraciət şansı olmayacaq.
”Bu qərar hazırda tələbə olanlara şamil olunur”.