“Müəllimlərin inkişafı üçün təlimlərimiz onlayn şəkildə davam edir”.
AzEdu.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin şöbə müdirinin müavini Orxan Abbasov TN-nin facebook aəhifəsi üzərindən etdiyi canlı yayımda deyib.
O, müəllimlərin inkişafı üçün hər zamam lazimi tədbirlərin görüldüyünü deyib.
“Dünəndən Təhsilin İnformasiyalaşdırılması İdarəsinin facebook səhifəsində müəllimlər üçün elektron qeydiyyat formalaşdırılıb. Bu qeydiyyatdan keçməklə təhsil işçiləri təlimlərə yazıla bilər. Sonra isə həmin şəxslərə onlayn qaydada təlimlər veriləcək . Hazırda müəllimlərin inkişafı üçün problemimiz yoxdu. Onlar üçün təlimlər davam edir”.