““Micrasoft Teams” proqramı beynəlxalq səviyyədə olduğu üçün çalışırıq ki, onu öz təhsil sistemimizə uyğunlaşdıraq”.
AzEdu.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin şöbə müdirinin müavini Orxan Abbasov Təhsil Nazirliyinin facebook üzərindən etdiyi canlı yayımda deyib.
O, onlayn təhsilin inkişaf istiqamətlərindən söz açıb.
“Hər gün sistemdə yeniliklər olur. Bu yeniliklər ilə biz daima ictimaiyyəti məlumatlandırırıq. Biz bu platformada “müəllimlər otağı” deyilən funksiya yaratmışıq. Bu virtual müəllim otağı real rejimdə fəaliyyətdə olan müəllim otağını xatırladır. Burada təhsil işçilərinin təlimatları yerləşdirilir. Həmçinin, təhsil Rayon Təhsil Şöbələri də, bu istiqamətdə işlərini genişləndirirlər”.