Azedu.az

“Olimpiada qaliblərini ADA-ya dəvət edəcəyik”- Rektor

5 Avqust 2019, 12:37
“Olimpiada qaliblərini ADA-ya dəvət edəcəyik”- Rektor

“Beynəlxalq İnformatika Olimpiadasının  qaliblərini ADA-ya dəvət edəcəyik”

AzEdu.az-ın xəbərinə görə, bunu ADA-nın rektoru professor Hafiz Paşayev 31-ci Beynəlxalq İnformatika Olimpiadasının (IOI) açılışına həsr olunmuş mətbuat konfransında bildirib:

O qeyd edib ki, olimpiadada qalib olan şagirdlər universitetə dəvət olunacaq:

"Sonuncu şura iclasında belə qərara gəldik ki , beynəlxalq olimpiada qalibləri qəbul zamanı üstünlük təşkil edəcək. Bu olimpiadada qalib olan 8 nəfəri də dəvət edəcəyik, universitetimizdə tam imtiyazlı təhsil ala bilsinlər".

Qeyd edək ki, bu gün ADA Universitetində Beynəlxalq İnformatika Olimpiadasına həsr olunmuş mətbuat konfransı keçirilib.

TƏCİLİ! Ramiz Mehdiyevə görə Miilli Məclis buraxılır?
Son xəbərlərDaha çox