Azedu.az

Məktəblilər peşəkar səhnədə

Təhsil Nazirliyi

18 Mart 2026, 18:23
Məktəblilər peşəkar səhnədə

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələri şagirdlərinin ifasında “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Dəyərlərimizi qoruyaq: keçmişdən gələcəyə yurdum mənim” tamaşası təqdim olunub.

AzEdu.az xəbər verir ki, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının səhnəsində nümayiş etdirilən tamaşanı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini, BŞTİ-nin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova, millət vəkilləri Sadiq Qurbanov, Hicran Hüseynova, Mehriban Vəliyeva, Günay Əfəndiyeva, Pərvin Kərimzadə, Rizvan Nəbiyev, Zaur Şükürov, Elçin Mirzəbəyli, Məlahət İbrahimqızı, Elm və Təhsil Nazirliyinin (ETN) İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Səbuhi Rzayev, ETN-nin və BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri, təhsil müəssisələrinin və uşaq-gənclər inkişaf mərkəzlərinin rəhbərləri, şagirdlər, media və ictimaiyyət nümayəndələri izləyiblər.

Tamaşanın hazırlanmasında əsas məqsəd gənc nəslin soykökümüzə, adət-ənənələrimizə bağlılıq, milli-mənəvi dəyərlərimizə hörmət ruhunda tərbiyə olunmasından, şagirdlərin milli kimliyə bağlılığını artırmaqdan, keçmişdən gələn dəyərləri qoruyaraq gələcəyə inamla addımlamağın vacibliyini aşılamaqdan, Azərbaycan xalqının dövlətçilik ənənələrinin, elm və ədəbiyyat sahəsində qazandığı nailiyyətlərin gənc nəslə çatdırılmasından ibarətdir. Məktəblilərin iştirakı ilə hazırlanan səhnə əsəri həmçinin gənc nəslin milli kimlik, dövlətçilik ideyalarına bağlılığını nümayiş etdirmək və onların yaradıcılıq potensialını üzə çıxarmaq məqsədi daşıyır.

TƏCİLİ! İranın xarici işlər naziri də ö*ldürüldü - Şok iddia
Son xəbərlərDaha çox