Fevralın 16-dan 28-dək Elm və Təhsil Nazirliyi, eləcə də qurumlarına 19 006 vətəndaş müraciəti daxil olub.
Bu barədə AzEdu.az-a nazirlikdən məlumat verilib.
Bildirilib ki, müraciətlərin 2 473-ü elektron, 1 171-i yazılı qaydada, 12 442-si isə çağrı mərkəzləri vasitəsilə yönləndirilib. Həmçinin vətəndaş qəbulu zamanı 2 920 müraciət qeydə alınıb.
Qeyd edilib ki, müraciətlər olimpiada və müsabiqələr, “Rəqəmsal məktəb”, şagird yerdəyişməsi, təhsil tələbə kreditinə elektron müraciət və digər məsələlərlə bağlı olub.