Azedu.az

374 nəfər təhsil müəssisələrində işlə təmin olunub

Təhsil Nazirliyi

19 Fevral 2026, 09:53
374 nəfər təhsil müəssisələrində işlə təmin olunub

2025-ci il ərzində Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən həyata keçirilən məşğulluq tədbirləri nəticəsində ümumilikdə 374 vətəndaş işlə təmin olunub.

AzEdu.az-a bu barədə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Nazirliyin Aparatına və tabeliyində olan qurumlara 225 nəfər müsabiqə yolu ilə, 149 nəfər isə Məşğulluq Xidmətinin göndərişi əsasında işə qəbul edilib. İşlə təmin olunanlardan 12-si dövlət qulluğuna, 9-u direktor və müdir, 132-si müəllim, 9-u tərbiyəçi-müəllim, 6-sı peşə təhsili üzrə ixtisas fənn müəllimi və istehsalat təlim ustası, 44-ü tədris-köməkçi heyət, 13-ü musiqi rəhbəri vəzifələrinə  149-u isə texniki heyət vəzifələrinə təyin olunub.

177907

İranla Rusiya hərəkətə keçdi - Dəhşətli hücum hazırlığı başladı
Son xəbərlərDaha çox