Elm və təhsil nazirinin müavini İdris İsayev 25 fevral tarixində Xırdalan şəhərində vətəndaşları qəbul edəcək.
AzEdu.az xəbər verir ki, qəbulda Sumqayıt, Abşeron, Xızı, Qubadlı və Zəngilan sakinləri iştirak edə bilərlər.
Adları çəkilən şəhər və rayonların sakinləri 20 fevral (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 11 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytının //edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə “WhatsApp” vasitəsilə müraciət göndərmək mümkündür.
Qeyd edək ki, qəbulda iştirak üçün qeydiyyat mütləqdir.