Azedu.az

Azərbaycan və Çin ortaq universitet planını müzakirə edib

Təhsil Nazirliyi

13 Fevral 2026, 10:10
Azərbaycan və Çin ortaq universitet planını müzakirə edib

Elm və təhsil nazirinin müavini Həsən Həsənlinin rəhbərlik etdiyi nümayəndə heyətinin Çin Xalq Respublikasına səfəri çərçivəsində sözügedən ölkənin təhsil nazirinin müavini Ren Youqun ilə görüşü baş tutub.

AzEdu.az xəbər verir ki, görüş zamanı tərəflər süni intellekt, ümumi təhsil sahəsində nəzərdə tutulan yeni təşəbbüslər, o cümlədən ali təhsil sahəsində birgə universitetin yaradılması imkanı da daxil olmaqla, bir sıra əməkdaşlıq istiqamətləri üzərində ətraflı fikir mübadiləsi aparıb.

Mehdiyev Rusiyada kimlərə zəng edib? - ŞOK DETALLAR
Son xəbərlərDaha çox