Yanvarın 16-da elm və təhsil naziri Emin Əmrullayev Ukraynanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Yuri Qusev ilə görüşüb.
Bu barədə AzEdu.az-a Elm və Təhsil Nazirliyi tərəfindən məlumat verilib.
Görüşdə Ukrayna ilə elm və təhsil sahəsində əməkdaşlığın mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə olunub.