Dekabrın 25-də elm və təhsil naziri Emin Əmrullayev BMT-nin Rezident Əlaqələndiricisi Vladanka Andreyeva ilə görüşüb.
AzEdu.az xəbər verir ki, görüş zamanı sözügedən təşkilatla mövcud əməkdaşlıq çərçivəsində həyata keçirilən fəaliyyətlər müzakirə olunub. Eyni zamanda, “2026-2030-cu illər üçün BMT və Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi”nə istinadən gələcək əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.