Elm və Təhsil Nazirliyi tərəfindən 2025-ci ildə həyata keçirilən “Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsinin nəticələri açıqlanıb.
AzEdu.az xəbər verir ki, müsabiqəyə ümumilikdə 107 layihə təqdim olunub. Bütün layihələr əvvəlcə texniki ekspertiza mərhələsindən keçirilib və nəticədə onlardan 99-u məzmun qiymətləndirilməsi mərhələsinə buraxılıb. Məzmun qiymətləndirilməsi mərhələsində layihələr 100 ballıq şkala ilə 9 meyar əsasında qiymətləndirilib və ən yüksək bal toplayan layihələr Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanına uyğun olaraq Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Gənclər Fondu ilə razılaşdırılıb. Nəticə etibarı ilə qeyri-hökumət təşkilatları tərəfindən daxil olmuş 16 layihəyə qrant ayrılıb.
Müsabiqə nəticəsində qrant ayrılmış layihələrlə aşağıdakı keçid vasitəsilə tanış olmaq mümkündür:
Qrant qazanmış layihələrin siyahısı