Azedu.az

Azərbaycan və Gürcüstanın təhsil nazirləri ikitərəfli əməkdaşlığı müzakirə ediblər

Təhsil Nazirliyi

6 Dekabr 2025, 14:21
Azərbaycan və Gürcüstanın təhsil nazirləri ikitərəfli əməkdaşlığı müzakirə ediblər

Azərbaycan və Gürcüstanın təhsil nazirləri Tbilisidə ikitərəfli əməkdaşlığı müzakirə ediblər.

AzEdu.az Report-a istinadən xəbər verir ki, bu ölkənin təhsil, elm və gənclərlə iş üzrə naziri Givi Mikanadze ölkədə rəsmi səfərdə olan Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə təhsil, elm və gənclərlə iş sahələrində Gürcüstan–Azərbaycan əməkdaşlığının daha da dərinləşdirilməsi və yeni birgə layihələrin həyata keçirilməsi məsələləri müzakirə olunub.

G.Mikanadze azərbaycanlı həmkarına Gürcüstanın təhsil sistemi üzrə son yeniliklər barədə məlumat verib və xüsusilə ali təhsil və ümumi təhsil pillələrində planlaşdırılan islahatlara toxunub.

Görüş zamanı gürcü və Azərbaycan dilli məktəblərə dərsliklərin vaxtında çatdırılması, etnik azlıqların təhsilə inteqrasiyasının gücləndirilməsi, ali təhsil müəssisələri arasında tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi, ADA Universiteti ilə mövcud uğurlu əməkdaşlığın yeni istiqamətlər üzrə genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

E.Əmrullayev təhsil, elm və gənclər sahələrində yeni birgə layihələrin həyata keçirilməsinə tam hazır olduqlarını bildirib.

Yunanistandan Türkiyeye savaş mesajı - Füzeler hazır hale getirildi
Son xəbərlərDaha çox