Azedu.az

“5 yaşlı uşaqlardan yazı tələb etmək düzgün deyil”

Təhsil ekspertləri

7 Noyabr 2025, 14:40
“5 yaşlı uşaqlardan yazı tələb etmək düzgün deyil”

Məktəbəhazırlıq qruplarında uşaqlara həddindən artıq tədris yükü verilməsi, o cümlədən yazı bacarıqlarının tələb olunması ilə bağlı valideynlər bəzən narazılıq edir. 

Məsələ ilə bağlı təhsil eksperti Elçin Əfəndi AzEdu.az-a açıqlama verib.

"5 yaşlı uşaqlar məktəbə hazırlıq qruplarında təhsil alırlar. Əgər həmin uşaqlarda 5 yaşadək yazı və digər ilkin vərdişlər formalaşmayıbsa, bu bacarıqların məktəbəhazırlıq dövründə müəllim tərəfindən öyrədilməsi vacibdir.

Məktəbəhazırlıq qrupları, əslində, ibtidai təhsilə başlanğıc üçün baza rolunu oynayır. Əgər uşaqlarda müəyyən bilik və bacarıqlar məktəbəqədər mərhələdə formalaşmayıbsa, bu hazırlıq dövründə həmin vərdişlərin inkişaf etdirilməsi zəruridir.

Müəllimin uşaqlardan yazı bacarığını dərhal tələb etməsi doğru deyil. Müəllimin əsas funksiyası qarşısında əyləşən uşaqlarda bilik və bacarıqların formalaşmasına dəstək vermək, onların fərdi inkişafını təmin etməkdir.

Əgər uşaq yazını hələ bacarmırsa, müəllimin buna görə sərt münasibət göstərməsi və ya cəza tətbiq etməsi yolverilməzdir". 

Pezeşkiandan TƏCİLİ xəbərdarlıq - Tehrandan çıxın!
Son xəbərlərDaha çox