Azedu.az

Ötən ilə nəzərən nəticələr yaxşı olacaq - magistratura PROQNOZU

Təhsil ekspertləri

16 Fevral 2026, 13:23
Ötən ilə nəzərən nəticələr yaxşı olacaq - magistratura PROQNOZU

Dünən magistratura səviyyəsi üzrə qəbul imtahanı keçirilib. İmtahandan sonra bəzi bakalavrlar xüsusilə məntiq fənninin çətinliyi ilə bağlı narazılıqlarını ifadə edirlər.

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil eksperti Elçin Əfəndiyev (Əfəndi) qeyd edib ki, imtahan müddətinin 3 saat 30 dəqiqə olması kifayət qədər yetərli vaxtdır:

177725

"Bəzi bakalavrlar vaxtın düzgün bölüşdürülməməsi səbəbindən çətinliklə üzləşə bilərlər. Lakin ümumilikdə imtahan üçün ayrılmış bu müddət kifayət qədər genişdir. Esse yazısına vaxt çatdırmaq müəyyən qədər çətinlik yarada bilər, amma bunun üçün də sınaq imtahanları mühüm rol oynayırdı. Xüsusilə ötən ay Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən sınaq imtahanı iştirakçılara özlərini inkişaf etdirmək və vaxt bölgüsünü düzgün qurmaq imkanı vermişdi.

İmtahan nəticələrinə gəlincə, gözləntim budur ki, ən gec sabaha qədər Dövlət İmtahan Mərkəzi qapalı tipli sualların cavablarını elan edəcək. Ümumi proqnozum ondan ibarətdir ki, ötən ilin birinci cəhdi ilə müqayisədə bu il nəticələr müəyyən qədər daha yaxşı olacaq. Çox kəskin fərq gözləmirəm, lakin ümumi göstəricilərdə artım mümkündür.

İkinci cəhd imtahanında isə birinci mərhələdə istədiyi nəticəni əldə etməyən bakalavrların göstəricilərini yaxşılaşdırmaq imkanı olacaq. Əgər hər iki cəhd üzrə nəticələr gözlənildiyi kimi yaxşılaşarsa, bu, ötən illə müqayisədə intervallar üzrə müəyyən artıma səbəb ola bilər.

Bu il bakalavrların prosesə daha hazırlıqlı olduqları müşahidə edilir və iştirakçı sayındakı artım da bunu deməyə əsas verir. Əlbəttə, nəticələr yaxşılaşarsa, bəzi ixtisaslar üzrə keçid ballarında da müəyyən artım mümkündür. Bu, bütün ixtisaslara şamil olunmasa da, bəzi sahələrdə cüzi dəyişikliklər baş verə bilər".

Rusiyadan Qarabağla bağlı SENSASİON açıqlama
Son xəbərlərDaha çox