Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
Örnək müəllim - Elvin Səlimov

Rəqəmsal texnologiyalara marağım hələ uşaq vaxtlarından var. 10-11 yaşlarda pultla çalışan oyuncaq avtomobilin necə çalışdığının iş prinsipini araşdırmışdım. Tədris etdiyim fənn də bu sahəyə yaxın olduğundan şagirdlərə robototexnikanın , ümumiyyətlə rəqəmsallaşmanın nə olduğunu və necə olduğunu aşılayıram. Həm "Rəqəmsal Bacarıqlar" layihəsi üzrə çalışıram, həm də layihədə iştirak etməyən siniflər üzrə dərs prosesini həyata keçirirəm. Bir çox hallarda BİBÖ, Beyin həmləsi, Akvarium,Rollu oyunlar üsullarından istifadə edirəm. Dərslərin interaktiv təşkilinə diqqət ayırmaq məncə daha məqsədəuyğundur. Bundan əlavə öz düşüncə tərzimə uyğun olaraq özünəməxsus metodlardan da istifadə edirəm.Alqoritmika(Rəqəmsal Bacarıqlar) dərslərində bir çox hallarda şagirdlərin biliklərinin qiymətləndirilməsi üçün şagirdləri bir neçə qrupa bölüb, hər qrupa keçilən mövzumuza aid slaydlar hazırlamağı təklif edirəm. Əlavə vaxtda onlar təqdimat redaktorunda slaydlar hazırlayıb yaddaş qurğularında mənə təhvil verirlər (və ya buluda yükləyirlər). Daha sonra qrup rəhbərləri təqdimatlarını edirlər və qiymətləndirmə aparılır. İnnovativ metodlarımın tərkib hissəsi odur ki, təlim nəticələrinin qiymətləndirilməsini şifahi formada deyil, praktiki formada həyata keçirilsin.

 

2009-cu ildə orta təhsilimi yüksək qiymətlərlə başa vuraraq ,Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat və Kibernetika fakültəsinin "Kompüter elmləri" ixtisasına  446 balla qəbul oldum.

 

2018-ci ildə təşkil olunmuş "Müəllimlərin İşə Qəbulu" müsabiqəsində iştirak edərək İnformatika müəllimliyi üzrə 4 mindən çox namizəd arasında ən yüksək-55 bal toplayaraq  Respublika üzrə 1-ci yer oldum.

 

12 sentyabr 2018-ci ildə Təhsil işçilərinin ənənəvi sentyabr konfransıda yüksək balla müəllim kimi işə qəbul olunan namizəd olaraq təhsil naziri Ceyhun Bayramovun izması ilə, Cənab nazir Ceyhun Bayramov və Təhsil nazirinin müavini Firudin Qurbanov tərəfindən təşəkkürnaməyə layiq görüldüm.

 

13 dekabr 2018-ci ildə Təhsil Nazirliyinin İnsan Resursları Mərkəzi tərəfindən Bakı Dövlət Universitetində pedaqoji ixtisaslar üzrə buraxılış kurslarında təhsil alan tələbələrlə maarifləndirmə məqsədilə dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu prosesi ilə bağlı keçirilmiş seminarda çıxış etdim, universitet rəhbərliyi tərəfindən fəxri məzun adına layiq görüldüm.

 

19 dekabr 2018-ci ildə Təhsil Nazirliyinin İnsan Resursları Mərkəzi tərəfindən Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) maarifləndirmə məqsədilə dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu prosesi ilə bağlı keçirilmiş seminarda çıxış edərək müəllimlərin işə qəbulu prosesi haqda fikirlərimi bildirdim. ADPU rəhbərliyi tərəfindən təşəkkürnaməyə layiq görüldüm.

 

11 iyun 2019 - cu il tarixində 6 nömrəli məktəbdə Təhsil Nazirliyi və Alqoritmika Beynəlxalq şirkətinin birgə keçirdiyi #Marsiada-2019 müsabiqəsinin, "Rəqəmsal bacarıqlar" layihəsi çərçivəsində mənə  2018-2019-cu tədris ilində pedaqoji fəaliyyətində göstərdiyim nəticələrə görə Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun direktor müavini, "Rəqəmsal bacarıqlar" layihəsinin rəhbəri Fəxri Qurbanovun imzası ilə özünün tərəfindən Təşəkkürnamə təqdim olunmuşdur.

 

Tədris ilinin sonunda  "Rəqəmsal bacarıqlar" layihəsi  çərçivəsində  yüksək imtahan nəticələrinə görə sertifikata layiq görüldüm.

 

13 aprel 2019-cu ildə "Rəqəmsal bacarıqlar" layihəsi çərçivəsində keçirilən "İnnovativ müəllim və müasir təlim mühiti" elmi-praktik konfransında iştirakıma görə Sertifikata layiq görüldüm.

 

Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının ilk üzvlərindənəm.  2019-cu il 23 iyul tarixindən 26 iyul tarixinədək Şəki şəhərində Azərbaycan gənc müəllimlərinin yay məktəbi keçirilmişdir. Dörd gün davam edən təlimlərin sonunda Şəki şəhəri, Heydər Əliyev mərkəzində təhsil nazirinin müavini Firudin Qurbanov tərəfindən Sertifikata layiq görüldüm.

 

 

10 oktyabr 2019-cu ildə Bakı Ekspo Mərkəzində 13-cü Azərbaycan Beynəlxalq Təhsil “EduExpo” sərgisində Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təmsilçisi olaraq iştirak etdim.

 

2019-cu il Avqustun 5-də Bakı Konqres Mərkəzində 31-ci Beynəlxalq İnformatika Olimpiadasının ("IOI 2019") açılış mərasimində iştirak etdim.

 

2019-cu il sentyabrın 11-də təhsil işçilərinin respublika konfransında AGMA tərəfindən iştirak etdim.

 

2019-cu il dekabrın 9-da AzEdu.az təhsil portalının icraçısı, BP şirkətinin maliyyə dəstəyi ilə ərsəyə gələn “Kurikulum bələdçisi” (izahlar və tətbiqlər)  kitabının təqdimat mərasiminə bir neçə seçilmiş müəllimdən biri olaraq dəvət olunmuşam. Sonda bizə çox dəyərli müəlliflər tərəfindən işlənib hazırlanmış "Kurikulum bələdçisi" kitabı hədiyyə olunmuşdur.

 

 

2020-ci il Fevralın 1-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının IMən əlavə olaraq