Azedu.az

Şirvan-Salyanda son 9 ayda neçə məktəbə direktor təyin edilib? - SORĞU

Şirvan-Salyan

18 Noyabr 2025, 14:43
Şirvan-Salyanda son 9 ayda neçə məktəbə direktor təyin edilib? - SORĞU

Ümumi təhsil müəssisələrində idarəetmənin təkmilləşdirilməsi, təhsilin keyfiyyətinin artırılması və kadr potensialının gücləndirilməsi məqsədilə yeni direktor təyinatları həyata keçirilib. Cari ilin yanvar-sentyabr ayları ərzində keçirilən müsabiqələrin və seçim mərhələlərinin nəticələrinə əsasən, bir sıra məktəblərə yeni direktorlar təyin olunub.

Maraqlıdır, bu il ümumi təhsil müəssisələrinə (orta məktəblərə) direktor vəzifəsinə neçə nəfər təyin edilib? 

Mövzu ilə bağlı AzEdu.az Təhsil Portalı Şirvan-Salyan Regional Təhsil İdarəsinə sorğu ünvanlayıb.

Sorğumuza cavab olaraq İdarədən bildirilib ki, son 9 ay ərzində Şirvan-Salyan Regional Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrinə (orta məktəblərə) direktor vəzifəsinə 12 nəfər təyin edilib:

"Belə ki, təyinat alan şəxslər Şirvan şəhəri, Salyan, Biləsuvar, Neftçala rayonlarının müxtəlif ümumi və tam orta məktəblərində fəaliyyət göstərəcəklər".

Yeni direktor təyinatı olunan məktəblər aşağıdakılardır:                                                                                           

Salyan şəhər Mərdan Muradxanov adına 6 nömrəli tam orta ümumtəhsil məktəbi;

Salyan şəhər Təzəkənd kənd ümumi orta ümumtəhsil məktəbi;

Biləsuvar şəhəri Asif Abdullov adına Yuxarı Ağalı kənd ümumi orta ümumtəhsil məktəbi;

Salyan şəhər Elxan Ağayev adına Arbatən kənd tam orta ümumtəhsil məktəbi;

Neftçala şəhəri Nəriman Bəşirov adına Qaçaqkənd kənd tam orta ümumtəhsil məktəbi;

Biləsuvar şəhəri Şirin Heydərov adına Nərimankənd kənd tam orta ümumtəhsil məktəbi;

Şirvan şəhər 3 nömrəli tam orta ümumtəhsil məktəbi;

Salyan şəhəri İsfəndiyar Həsənov adına Sarvan kənd tam orta ümumtəhsil məktəbi;

Salyan şəhəri Namiq İbrahimov adına Şorsulu kənd ümumi orta ümumtəhsil məktəbi;

Salyan şəhəri Çadırlı kənd ümumi orta ümumtəhsil məktəbi;

Salyan şəhəri Ziyad Həmidov adına Çuxanlı kənd tam orta ümumtəhsil məktəbi;

Salyan şəhəri Qaraçala qəsəbə ümumi orta ümumtəhsil məktəbi.

Şok İddia - ABŞ Azərbaycan səfirliyini vurub
Son xəbərlərDaha çox