Məktəbəqədər təhsil uşaqların inkişafında və gələcək təhsil uğurlarında mühüm rol oynayan mərhələdir. Bu baxımdan bölgələrdə məktəbəhazırlıq qruplarının sayı və orada təhsil alan şagirdlərin sayı təhsilin keyfiyyəti və əlçatanlığı haqqında önəmli göstəricidir.
Maraqlıdır, Şirvan-Salyan Regional Təhsil İdarəsi tabeliyində məktəbəhazırlıq qruplarında neçə şagird təhsil alır?
AzEdu.az mövzu ilə bağlı sözügedən idarəyə sorğu ünvanlayıb.
İdarədən sorğumuza cavab olaraq bildirilib ki, Şirvan-Salyan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəbhazırlıq qruplarında ümumilikdə 4562 şagird (2129 qız, 2433 oğlan) təhsil alır.
Belə ki, onlardan Biləsuvar rayonunda 980 (475 qız, 505 oğlan), Hacıqabul rayonunda 780 (349 qız, 431 oğlan), Neftçala rayonunda 532 (251 qız, 281 oğlan), Salyan rayonunda 1370 (633 qız, 737 oğlan) və Şirvan şəhərində 900 (421 qız, 479 oğlan) şagird məktəbhazırlıq qruplarında təhsil alır".
Regionda məktəbəhazırlıq təhsilinin inkişafı üçün müvafiq infrastrukturun təkmilləşdirilməsi, müəllim heyətinin ixtisaslı kadrlarla zənginləşdirilməsi və təhsil proqramlarının müasir tələblərə uyğunlaşdırılması istiqamətində işlər davam etdirilir. Bu da gələcəkdə uşaqların təhsilə hazırlıq səviyyəsinin yüksəlməsinə, məktəbə adaptasiyanın asanlaşmasına və ümumi təhsil nailiyyətlərinin artırılmasına xidmət edəcək.