Azedu.az

Şirvan-Salyanda bu vəzifəyə vakant elan edilib

Şirvan-Salyan

13 Fevral 2026, 14:13
Şirvan-Salyanda bu vəzifəyə vakant elan edilib

Şirvan-Salyan Regional Təhsil İdarəsi tabeliyindəki təhsil müəssisələrində hazırda vakant olan gənclərin çağırışaqədərki hazırlığı rəhbəri vəzifəsinə işə qəbul üzrə müsabiqə elan edilir.

Bu barədə AzEdu.az-a Şirvan-Salyan Regional Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, idarənin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində hazırda vakant olan gənclərin çağırışaqədərki hazırlığı rəhbəri vəzifəsinə işə qəbul üzrə müsabiqə elan edir. Müsabiqə 4 mərhələdən (qeydiyyat və sənədlərin yoxlanılması, test imtahanı, müsahibə və vakant yerlərin seçimi) ibarətdir.

Qeyd olunan vəzifə üzrə işə qəbul olmaq istəyən şəxslər 13 fevral-19 fevral 2025-ci il tarixlərində aşağıda qeyd olunan sənədləri (şəxsiyyət vəsiqəsinin surəti, tərcümeyi-hal, təhsil haqqında sənədin və əmək kitabçasının surəti, hərbi biletin surəti (yazılı hissələrinin), Qarabağ müharibəsində iştirakı və sosial statusu (müharibə veteranı, müharibədə əlillik dərəcəsi almış şəxs) təsdiq edən sənədin surəti (əgər varsa)) iş günləri ərzində saat 10:00-dan 17:00-dək yerli təhsil sektoruna və ya Şirvan-Salyan Regional Təhsil İdarəsində təşkil olunmuş komissiyaya təqdim etməklə qeydiyyatdan keçə bilərlər. Həmçinin namizədlər qeyd olunmuş //docs.google.com/.../1gPhbUYWG7MooShrJdbRI.../edit... linkə daxil olaraq Şirvan-Salyan Regional Təhsil İdarəsinin tabeliyindəki təhsil müəssisələri üzrə mövcud vakansiyalarla tanış ola bilərlər. İmtahana qədər yeni vakant yerlər yarandığı təqdirdə siyahıya əlavə olunacaq.

Vəzifə üzrə namizədlərə 20 ixtisas, 15 informatika və 15 məntiqi təfəkkürə uyğun suallar təqdim ediləcəkdir. Adıçəkilən vəzifə üzrə ixtisas tələbləri ilə aşağıdakı linkə daxil olaraq tanış ola bilərsiniz:

//docs.google.com/.../1i1zbOd43OYfAOzILqm0t.../edit...

Qeyd edək ki, imtahanın dəqiq vaxtı İdarənin sosial media hesabında elan ediləcək.

Mehdiyevin Rusiyadakı qardaşları - Əlaqələr necə qurulub?
Son xəbərlərDaha çox