Azedu.az

Şirvan-Salyanda bu məktəblərin adları DƏYİŞDİRİLİB

Şirvan-Salyan

10 Dekabr 2025, 09:32
Şirvan-Salyanda bu məktəblərin adları DƏYİŞDİRİLİB

Ümumi təhsil orta məktəblərinin adlarında bəzən müxtəlif səbəblərdən dəyişikliklər müşahidə olunur. 

Maraqlıdır, bu günə qədər adları dəyişən orta məktəblər hansılardır?

Mövzu ilə bağlı AzEdu.az Təhsil Portalı Şirvan-Salyan Regional Təhsil İdarəsinə sorğu ünvanlayıb.

İdarədən sorğumuza cavab olaraq bildirilib ki, ümumilikdə 8 məktəbin adında dəyişilik olub:

"Belə ki, ötən tədris ili ərzində regionumuz üzrə ümumi təhsil müəssisələrindən Hacıqabul rayonu İnayət Həsənov adına Meyniman (əvvəl Meynaman) kənd tam orta ümumtəhsil məktəbi, Hacıqabul rayonu Faiq Kərimov adına Ələtli ( əvvəl Xilə) kənd ümumi orta ümumtəhsil məktəbi, Hacıqabul rayonu Namiq Mustafayev adına Kürdçü ( əvvəl Kürçülü) kənd ümumi orta ümumtəhsil məktəbi, Hacıqabul rayonu Sabir Gülmalıyev adına Birinci Udullu ( əvvəl Udulu) kənd tam orta ümumtəhsil məktəbi, Hacıqabul rayonu Rövşən Mehbalıyev adına İkinci Udullu ( əvvəl Tava) kənd tam orta ümumtəhsil məktəbi, Salyan rayonu Qaraçala qəsəbə ümumi orta ümumtəhsil məktəbi (Əvvəlki adın Arxarası kənd ümumi orta ümumtəhsil məktəbi),  Neftçala rayonu Həsənabad qəsəbəsi Tofiq İsmayılov adına 2 nömrəli tam orta ümumtəhsil məktəbi (Mirqurbanlı kənd T.İsmayılov adına tam orta məktəb), Neftçala rayonu Həsənabad qəsəbəsi Şəmsəddin Orucov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbi (Həsənabad qəsəbəsi Ş.Orucov adına tam orta məktəb) adı ilə dəyişdirilib.

Qeyd edək ki, Şirvan şəhəri və Biləsuvar rayonu üzrə adı dəyişən məktəb yoxdur".

Moskvaya hücum - Hava limanları bağlandı
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox