Azedu.az

Şərqi-Zəngəzur regionu üzrə gənc müəllimlərin SAYI

Şərqi Zəngəzur

20 Oktyabr 2025, 08:46
Şərqi-Zəngəzur regionu üzrə gənc müəllimlərin SAYI

Cəmiyyətin inkişaf tempinə uyğun olaraq təhsil sektorunda da gənc mütəxəssislərin rolu durmadan artır. Bu baxımdan 25-30 yaş aralığında olan müəllimlərin fəaliyyəti xüsusi diqqət mərkəzindədir. Belə ki, bu yaş kateqoriyasına daxil olan təhsilverənlər adətən, təzə ali məktəb məzunları və ya iş fəaliyyətinin ilk mərhələsində olan müəllimlərdir. Onların peşəyə yanaşması, motivasiya səviyyəsi və ixtisas seçimi təhsilin keyfiyyətinə birbaşa təsir göstərir.

Maraqlıdır, yaş həddi 25-30 arasında olan müəllimlərin ümumi sayı nə qədərdir?

Mövzu ilə bağlı AzEdu.az Şərqi-Zəngəzur Regional Təhsil İdarəsinə sorğu ünvanlayıb.

Sorğumuza cavab olaraq bildirilib ki, idarənin tabeliyində ümumtəhsil məktəblərdə fəaliyyət göstərən və yaş həddi 25-30 arasında olan müəllimlərin ümumi sayı 673-dür:

"Belə ki, onlardan 84 nəfər kişi, 589 nəfəri isə qadındır. Onlar arasında ən çox informatika - (81 nəfər), coğrafiya - (61 nəfər), təsviri incəsənət - (55 nəfər), texnologiya - (51 nəfər),  Azərbaycan dili və ədəbiyyat - (51 nəfər) fənn müəllimləri təşkil edir".

Qeyd edək ki, ölkə üzrə təxminən 300 minə yaxın təhsilverən fəaliyyət göstərir.

Mehdiyevin şəbəkəsi İFŞA OLUNDU - 50 nəfərlik şok siyahı
Son xəbərlərDaha çox