Azedu.az

Şimal-qərb bölgəsində musiqi və təsviri incəsənət müəllimlərin SAYI

Şəki-Zaqatala

26 Noyabr 2025, 14:28
Şimal-qərb bölgəsində musiqi və təsviri incəsənət müəllimlərin SAYI

Rayonlarda yerləşən ümumtəhsil müəssisələrində bəzi fənlər üzrə xüsusilə də musiqi və təsviri incəsənət sahəsində ciddi kadr çatışmazlığı mövcuddur. Müvafiq sahələr üzrə pedaqoji kadr hazırlığının məhdud olması həmçinin mövcud müəllimlərin həmin rayon və kəndlərdə işləməyə maraqlı olmaması bu vəziyyəti daha da dərinləşdirir. 

Maraqlıdır, regionlarda musiqi və təsviri incəsənət fənni üzrə neçə müəllim fəaliyyət göstərir?

Mövzu ilə bağlı AzEdu.az Təhsil Portalı Şəki-Zaqatala Regional Təhsil İdarəsinə sorğu ünvanlayıb.

İdarədən sorğumuza cavab olaraq bildirilib ki, ümumilikdə 335 nəfər musiqi, 337 nəfər isə təsviri incəsənət müəllimi kimi fəaliyyət göstərir:

"Belə ki, Balakən rayonu üzrə ümumtəhsil məktəblərində 37 nəfər, Oğuz rayonu üzrə ümumtəhsil müəssisələrində 32 nəfər, Qax rayonu üzrə 41,Qəbələ rayonu üzrə 47, Şəki şəhəri üzrə 106 və Zaqatala rayonu üzrə isə 58 nəfər musiqi müəllimi kimi fəaliyyət göstərir.

Həmçinin Təsvir incəsənət fənni üzrə Balakəndə 42, Oğuz 32, Qaxda 41, Qəbələdə 66, Şəkidə 103 və Zaqatalada isə 53 müəllim çalışır".

Aparılan təhlil göstərir ki, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin əhatə etdiyi rayon və şəhərlərdə musiqi və təsviri incəsənət fənləri üzrə ümumi müəllim sayı müvafiq olaraq 335337 nəfərdir. 

Musiqi və təsviri incəsənət fənləri üzrə kadr potensialının gücləndirilməsi, bölgələrə müəllim cəlbinin stimullaşdırılması və gələcək pedaqoji kadr hazırlığının genişləndirilməsi istiqamətində kompleks tədbirlərin görülməsi zəruri hesab olunur.

Əli Kərimli Mehdiyevə görə HƏRƏKƏTƏ KEÇDİ -Onu belə müdafiə etdi
Son xəbərlərDaha çox