17–19 noyabr tarixlərində Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində olan rayonlarda fəaliyyət göstərən 55 dayaq məntəqəsində açıq dərslər təşkil edilib.
Bu barədə AzEdu.az-a Şəki-Zaqatala Regional Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, regionun tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin I–XI sinif şagirdlərini əhatə edən, 17 fənn üzrə təşkil olunmuş və rayonlarda yaradılmış 55 dayaq məntəqəsində 3416 müəllimin iştirakı ilə 8576 şagirdin qatıldığı 467 açıq dərs keçirilib.
Qeyd edək ki, açıq dərslər birgə öyrənmə, inkişaf və təhsildə keyfiyyətin artırılmasına yönələn metodik dəstək və qabaqcıl təcrübə mübadiləsi məqsədi daşıyır.