Noyabrın 6-da Şəki-Zaqatala Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə keçirilən "Zəfər" elm müsabiqəsinin final mərhələsi başa çatıb və qaliblər müəyyən edilib.
Bu barədə AzEdu.az-a Şəki-Zaqatala Regional Təhsil İdarəsindən məlumat verilib.
İdarədən bildirilib ki, müsabiqənin nəticələrinə əsasən, 20 şagird I Yer, 27 şagird II Yer, 48 şagird isə III yerin qalibi adını qazanıb. Nəticələr artıq təhsil müəssisələrinin rəhbərlərinə təqdim olunub.
Qalib şagirdlər diplom, medal və hədiyyələrlə təltif ediləcəklər.
Qeyd edək ki, müsabiqənin əsas məqsədi Müzəffər Ordumuzun Vətən müharibəsində əldə etdiyi tarixi Zəfərin əbədiləşdirilməsi, eləcə də yaradıcı düşüncəsi və bilikləri ilə fərqlənən istedadlı şagirdlərin aşkara çıxarılmasıdır.