Azedu.az

Şimal-qərb bölgəsində məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların SAYI

Şəki-Zaqatala

7 Noyabr 2025, 09:26
Şimal-qərb bölgəsində məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların SAYI

Məktəbəqədər təhsil uşaqların inkişafında və gələcək təhsil uğurlarında mühüm rol oynayan mərhələdir. Bu baxımdan bölgələrdə məktəbəhazırlıq qruplarının sayı və orada təhsil alan şagirdlərin sayı təhsilin keyfiyyəti və əlçatanlığı haqqında önəmli göstəricidir.

Maraqlıdır, Şəki-Zaqatala Regional Təhsil İdarəsi tabeliyində məktəbəhazırlıq qruplarında neçə şagird təhsil alır?

AzEdu.az mövzu ilə bağlı sözügedən idarəyə sorğu ünvanlayıb.

İdarədən sorğumuza cavab olaraq bildirilib ki, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəbəhazırlıq qruplarında ümumilikdə 5302 uşaq təhsil alır:

"Belə ki, onlardan 2683-ü oğlan, 2619-u isə qız şagirddir.Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəbəhazırlıq qruplarında Balakən rayonunda 838 uşaq (404 oğlan, 434 qız), Qax rayonunda 341 uşaq (182 oğlan, 159 qız), Qəbələ rayonunda 1141 uşaq (582 oğlan, 559 qız), Oğuz rayonunda 360 uşaq (177 oğlan, 183 qız), Şəki rayonunda 1617 uşaq (837 oğlan, 780 qız) və Zaqatala rayonunda 1005 uşaq (501 oğlan, 504 qız) təhsil alır".

Regionda məktəbəhazırlıq təhsilinin inkişafı üçün müvafiq infrastrukturun təkmilləşdirilməsi, müəllim heyətinin ixtisaslı kadrlarla zənginləşdirilməsi və təhsil proqramlarının müasir tələblərə uyğunlaşdırılması istiqamətində işlər davam etdirilir. Bu da gələcəkdə uşaqların təhsilə hazırlıq səviyyəsinin yüksəlməsinə, məktəbə adaptasiyanın asanlaşmasına və ümumi təhsil nailiyyətlərinin artırılmasına xidmət edəcək.

Pezeşkiandan TƏCİLİ xəbərdarlıq - Tehrandan çıxın!
Son xəbərlərDaha çox