Azedu.az

Şəki-Zaqatala üzrə RFO nəticələri: ən çox artım bu rayonlarda

Şəki-Zaqatala

15 Mart 2026, 13:55
Şəki-Zaqatala üzrə RFO nəticələri: ən çox artım bu rayonlarda

2024–2025-ci və 2025–2026-cı tədris illərində Respublika Fənn Olimpiadalarının (RFO) final mərhələsinə vəsiqə qazanan şagirdlərin sayı açıqlanıb.

Bu barədə AzEdu.az-a Şəki-Zaqatala Regional Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, bəzi rayonlarda final mərhələsinə yüksələn şagirdlərin sayında artım müşahidə olunur.

Məlumata görə, Şəki rayonunda 2024–2025-ci tədris ilində 34 şagird final mərhələsinə vəsiqə qazandığı halda, 2025–2026-cı tədris ilində bu göstərici 47-yə yüksəlib.

Oğuz rayonunda da artım qeydə alınıb. Belə ki, ötən tədris ilində 9 şagird final mərhələsinə yüksəldiyi halda, cari tədris ilində onların sayı 19 nəfərə çatıb.

Qəbələ rayonunda isə 2024–2025-ci tədris ilində 4 şagird finala vəsiqə qazandığı halda, 2025–2026-cı tədris ilində bu göstərici 11 olub.

Balakən rayonunda final mərhələsinə vəsiqə qazanan şagirdlərin sayı 5-dən 8-ə yüksəlib.

Zaqatala rayonunda isə azalma müşahidə olunub. Belə ki, ötən tədris ilində 4 şagird final mərhələsinə yüksəldiyi halda, bu il onların sayı 3 nəfər təşkil edib.

Qax rayonunda da göstərici aşağı düşüb. 2024–2025-ci tədris ilində 7 şagird final mərhələsinə vəsiqə qazandığı halda, 2025–2026-cı tədris ilində bu rəqəm 2 olub.

Beləliklə, Şəki–Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində olan rayonların əksəriyyətində Respublika Fənn Olimpiadalarının final mərhələsinə yüksələn şagirdlərin sayında artım müşahidə edilsə də, bəzi rayonlarda azalma qeydə alınıb.

Təcili Təbrizdən ÇIXIN! - İsraildən xəbərdarlıq
Son xəbərlərDaha çox