Azedu.az

Şimal-qərb bölgəsi 638 şagird RFO-ya vəsiqə qazanıb

Şəki-Zaqatala

4 Fevral 2026, 10:56
Şimal-qərb bölgəsi 638 şagird RFO-ya vəsiqə qazanıb

638 şagirdimiz Respublika Fənn Olimpiadalarının yarımfinal mərhələsinə vəsiqə qazanıb.

Bu barədə AzEdu.az-a Şəki-Zaqatala Regional Təhsil İdarəsindən məlumat verilib.

Belə ki, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrində təhsil alan 638 şagird Respublika Fənn Olimpiadalarının yarımfinal mərhələsinə vəsiqə qazanıb.

Belə ki, fənn olimpiadalarının yarımfinal mərhələsinə Şəki rayonu üzrə 284, Oğuz rayonu üzrə 90, Qəbələ rayonu üzrə 85, Balakən rayonu üzrə 73, Qax rayonu üzrə 62, Zaqatala rayonu üzrə isə 44 şagird vəsiqə qazanıb.

Səidə Bəkirqızıyla Akif Nağı üz-üzə - CANLIDA GƏRGİN ANLAR!
Son xəbərlərDaha çox