Azedu.az

Bağça müəllimlərinin sertifikasiyası: Çoxu zəif nəticə göstərəcək - PROQNOZ

Sertifikasiya

4 Dekabr 2025, 09:41
Bağça müəllimlərinin sertifikasiyası: Çoxu zəif nəticə göstərəcək - PROQNOZ

2026-cı ildən etibarən məktəbəqədər təhsil müəssisələrində çalışan müəllimlər yəni tərbiyəçilər üçün də sertifikatlaşdırma prosesi tətbiq olunacaq. Bu qərar bağça təhsilində keyfiyyətin artırılması və müəllim heyətinin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi məqsədilə atılmış mühüm addım kimi dəyərləndirilir. Lakin son olaraq bağça müdirlərinin diaqnostik qiymətləndirmə imtahanlarda müşahidə edilən aşağı nəticələr cəmiyyətdə müəyyən narahatlıqlar yaradıb.

Belə ki, bəziləri hesab edir ki, bağça müəllimlərinin də oxşar nəticələrlə üzləşmə ehtimalı yüksəkdir. Xüsusilə nəzərə alsaq ki, tərbiyəçi müəllimlər arasında peşəkar inkişaf imkanları məhduddur, bu halda onların kütləvi şəkildə sertifikasiyadan keçməməsi ehtimalı real görünür.

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü, deputat Ceyhun Məmmədov qeyd edib ki, bu gün sertifikatlaşdırmanın aparılmasına ən çox ehtiyac olan sahələrdən biri də məktəbəqədər təhsil müəssisələridir:

173651

“Zamanında bu sahədə imtahan və sertifikasiya tələbi olmadan çoxlu sayda müəllim işə qəbul edilib. Buna görə də indi sertifikatlaşdırmanın tətbiqi tamamilə zəruridir.

Hesab edirəm ki, bağça müəllimlərinin sertifikasiyadan keçirilməsinə ciddi ehtiyac var və bu addım təhsilin keyfiyyətinə birbaşa təsir göstərəcək. Təbii ki, nəticələr aşağı ola bilər; orta məktəblərdə müşahidə olunan problemlər və çətinliklər burada da özünü göstərə, hətta proses daha çətin keçə bilər.

Düşünürəm ki, imtahanda çox sayda müəllimin nəticə göstərə bilməməsi ehtimalı yüksəkdir. Ümumiyyətlə, müəllimlərin peşəkar inkişafı üçün sistemli addımlar atılmalıdır. Dəfələrlə qeyd etdiyim kimi, Müəllimlərin Təkmilləşdirilməsi İnstitutunun fəaliyyəti bərpa olunmalı və onların inkişafı məhz bu qurum vasitəsilə ardıcıl şəkildə təmin edilməlidir”, - deputat fikrini tamamlayıb.

Əli Kərimliyə görə partiya sədrləri bir-birinə dəydi - AĞIR SÖZLƏR
Son xəbərlərDaha çox