Azedu.az

Sertifikasiyadan keçənlərin maaş əlavələri nə vaxt veriləcək?

Sertifikasiya

17 Noyabr 2025, 16:27
Sertifikasiyadan keçənlərin maaş əlavələri nə vaxt veriləcək?

“Bu il ilk dəfə sertifikasiya imtahanı verən və uğur qazanan müəllimlərin maaşına əlavələr ilin sonuna qədər ödəniləcək”.

AzEdu.az xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, sertifikasiya prosesi bitməlidir. Müəllim imtahan verir, sonra müsahibə mərhələsi var. Hər il bu proses iyul–avqust aylarına təsadüf edir:

“Daha sonra sənədləşmə aparılır. Bütün hüquqi prosedurlar tamamlandıqdan sonra müəllimlərin əməkhaqqısına əlavələr birdəfəlik ödənilir. Daha sonra ödəmələr aylıq qaydada davam edir”.

Şok İddia - ABŞ Azərbaycan səfirliyini vurub
Son xəbərlərDaha çox