Sertifikasiyadan yüksək nəticə göstərən müəllimlərin şagirdləri də uğurlu olur.
AzEdu.az xəbər verir ki, bunu MÜTDA-nın İmtahan və Qiymətləndirmə şöbəsinin müdiri Nurlan İsmayılbəyli İTV-yə müsahibəsində bildirib.
Bəzən təhsillə bağlı çox qısa müddətdə nəticələrin üzə çıxması gözlənilir:
"Amma məlum olduğu kimi, təhsil uzunmüddətli prosesdir. Müəllim ən önəmli amillərdən biri olsa da, yalnız amillərdən biridir. Burada valideynin rolu kifayət qədər mühümdür. Ümumilikdə məktəbin mühiti və təhsilalanların olduğu mühit də təhsildə mühüm rol oynayır".
Aparılan təhlillər də bu tendensiyanı təsdiqləyir:
"Biz 4-cü və 6-cı siniflər üzrə ölkə üzrə monitorinqlər həyata keçirmişik. Müəllimlərin nəticələri ilə onların şagirdlərinin nəticələri arasında düz mütənasiblik müşahidə olunur. Yəni sertifikatlaşdırmada müəllimin nəticələri nə qədər yüksəkdirsə, onların şagirdlərinin də qiymətləndirmə nəticələri bir o qədər yüksək olmuş olur".