Azedu.az

Sertifikatlaşdırma prosesinin müsahibə mərhələsi BAŞLAYIB

Sertifikasiya

16 Sentyabr 2025, 15:03
Sertifikatlaşdırma prosesinin müsahibə mərhələsi BAŞLAYIB

Sertifikatlaşdırma prosesinin müsahibə mərhələsinə start verilib.

Bu barədə AzEdu.az-a İnsan Resursları Mərkəzindən məlumat verilib.

Bildirilib ki, bu gündən etibarən dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsinə başlanıldı. Sertifikatlaşdırmanın müsahibə mərhələsində azı 20 bal toplamış təhsilverənlər həmin mərhələdən keçmiş hesab edilirlər.

Qeyd edək ki, sertifikatlaşdırma prosesinin müsahibə mərhələsinin keçiriləcəyi tarix və məkan barədə məlumatlar müəllimlərin şəxsi kabinetlərinə hissə-hissə göndərilir.

Xameneiyə ŞOK XƏBƏRDARLIQ - Hazır ol, ö*ldürüləcəksən!
SORĞU
Ən uğurlu regional təhsil idarəsi hansıdır?
Səs ver
Son xəbərlərDaha çox