Azedu.az

Sertifikasiyadan kəsilən bu müəllimlər işlə təmin olunur

12 Avqust 2025, 13:45
Sertifikasiyadan kəsilən bu müəllimlər işlə təmin olunur

Sertifikatlaşdırmada uğur qazanmayan şəxslərin sosial vəziyyətləri və məşğulluq imkanlarının qiymətləndirilməsi məqsədilə yerli təhsili idarəetmə orqanlarında xüsusi komissiyalar yaradılıb.

MÜTDA-dan AzEdu.az-a bildirilib ki, komissiyalar tərəfindən keçirilmiş fərdi görüşlər nəticəsində sosial həssaslıq meyarları əsasında prioritetlik səviyyələri müəyyən edilib və işlə təmin olunma istiqamətində müvafiq tədbirlər görülüb. Bildiririk ki, cari ildə baş tutmuş sertifikatlaşdırma prosesində 2343 nəfər müvafiq keçid balını toplamayıb. Müvafiq komissiyalara müraciət edən şəxslərin sayı 872 nəfər olub. Hazırda sosial baxımdan ən həssas olan vətəndaşların alternativ işlərlə təminatı üzrə rəsmiləşdirmə prosesinə başlanılıb.

Xameneiyə ŞOK XƏBƏRDARLIQ - Hazır ol, ö*ldürüləcəksən!
SORĞU
Ən uğurlu regional təhsil idarəsi hansıdır?
Səs ver
Son xəbərlərDaha çox