Azedu.az

Bu şəxslər üçün sertifikasiya tarixi AÇIQLANDI

Sertifikasiya

1 Aprel 2026, 15:15
Bu şəxslər üçün sertifikasiya tarixi AÇIQLANDI

 Təhsilverənlərin sertifikatlaşdırma prosesinin ikinci dövriyyəsinin test imtahanı ilə bağlı məlumatlar namizədlərin şəxsi səhifələrinə göndərilib.

AzEdu.az-a bu barədə Azərbaycan Respublikası Naxçıvan MR Təhsil Nazirliyindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, Naxçıvanda 2026-cı ilin  may ayında keçiriləcək  təhsilverənlərin sertifikatlaşdırma prosesinin ikinci dövriyyəsinin test imtahanı  ilə bağlı məlumatlar namizədlərin şəxsi səhifələrinə göndərildi.

Namizədlər şəxsi səhifələrinə daxil olaraq imtahanların keçiriləcəyi tarix və məkanla tanış ola bilərlər.

Qeyd edək ki, sertifikatlaşdırma prosesinin ikinci dövriyyəsinin test imtahanı   ilə bağlı əlavə  məlumatlar Nazirliyin sosial şəbəkə hesablarında paylaşılacaq.

Trampdan MƏHV EDİN! əmri - Ordusu İranı darmadağın edir
Son xəbərlərDaha çox