Azedu.az

Sertifikasiyanın ikinci mərhələsinin çətinləşəcəyi iddialarına RƏSMİ CAVAB

Sertifikasiya

24 Fevral 2026, 16:50
Sertifikasiyanın ikinci mərhələsinin çətinləşəcəyi iddialarına RƏSMİ CAVAB

"Sertifikasiya imtahanında bütün sualların çətin olması fikri yanlışdır və bu yolla müəllimləri səhv istiqamətə yönəltmək düzgün yanaşma deyil".

Bu fikri AzEdu.az-a geniş müsahibəsi zamanı Təhsilverənlərin peşəkar inkişafı mərkəzinin direktoru Nəzakət Mehdiyeva qeyd edib.

Mərkəz direktoru bildirib ki, hazırda sertifikatlaşdırmanın ikinci mərhələsinin necə keçiriləcəyi ilə bağlı qərar yoxdur:

178246

"Adətən bütün qiymətləndirmələrdə qiymətləndirilənlərə asan, orta və çətin səviyyəli tapşırıqlar təqdim olunur.  Mövcud qaydalara əsasən imtahanda 60 sual var: 50-si məzmun, 10-u metodika və pedaqogika üzrədir. Qaydalar bütün fənn müəllimləri üçün eynidir.

Praktik bacarıqlar əsasən müsahibə mərhələsində qiymətləndirilə bilər. Lakin bu o demək deyil ki, müəllim müsahibədə birbaşa şəkil çəkəcək və ya musiqi ifa edəcək. Əsas məsələ müəllimin necə öyrətməsidir. Müəllim şagirdə əvvəlcə cəhd etmə şəraiti yaradır, səhv etmə imkanı verir və sonra istiqamətləndirirsə, bu artıq düşünməyə əsaslanan yanaşmadır.

Əsas olan müəllimin tədris bacarığıdır. Çox istedadlı bir şəxs yaxşı rəssam, musiqiçi ola bilər, amma yaxşı müəllim olmaya bilər. Sertifikatlaşdırmanın əsas məqsədlərindən biri də müəllimin necə öyrətdiyini müəyyən etməkdir ki, bu da müsahibə mərhələsində reallaşır",- deyə N.Mehdiyeva qeyd edib.

GƏRGİNLİK ARTDI! Soydaşlarımız təhlükədə -Quru sərhədlər nə vaxt açılır?
Son xəbərlərDaha çox