Azedu.az

Texnologiya fənni üzrə sertifikasiyada suallar belə olacaq - NÜMUNƏ

Sertifikasiya

23 Fevral 2026, 12:22
Texnologiya fənni üzrə sertifikasiyada suallar belə olacaq - NÜMUNƏ

“Texnologiya fənni üzrə sertifikasiya sualları yalnız qüvvədə olan dərsliklərə və çərçivə sənədinə əsaslanır”.

AzEdu.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) tərəfindən texnologiya fənni üzrə sertifikasiyaya hazırlıq məqsədilə təşkil edilən vebinarda “Qabaqcıl təhsil işçisi” nişanının sahibi, Əməkdar müəllim Gülşən Mirizadə deyib.

O qeyd edib ki, suallar şəkil, sxem, cədvəl və Venn diaqramı formasında təqdim oluna bilər:

“Ardıcıllıq, seçmə, uyğunluq, situativ və hesablama tipli tapşırıqlar yer ala bilər. Çətinlik dərəcəsinə görə, suallar asan, orta və çətin səviyyədə olmalıdır”.

Vebinarın sonunda isə müəllimlər üçün test nümunələri də təqdim olunub.

Tehranda güclü partlayışlar: İrana hücum...
Son xəbərlərDaha çox