Azedu.az

Sertifikatlaşdırma adı ilə saxta elanlar yayılır - XƏBƏRDARLIQ

Sertifikasiya

12 Fevral 2026, 13:40
Sertifikatlaşdırma adı ilə saxta elanlar yayılır - XƏBƏRDARLIQ

"Son günlər sosial şəbəkələrdə və digər rəsmi olmayan platformalarda təhsilverənlərin sertifikatlaşdırılması prosesinə hazırlıq adı altında sınaq imtahanlarının təşkili, test tapşırıqlarının təqdim edilməsi və digər xidmətlər təklif edən elanlar yayımlanır. Yayılan məlumatlarda həmin fəaliyyətlərin Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) və ya bu qurumla əməkdaşlıq edən mütəxəssislər tərəfindən həyata keçirildiyi qeyd olunur". 

Bu barədə AzEdu.az-a ARTİ-dən məlumat verilib.

Bildirilib ki, ARTİ-nin bütün fəaliyyəti, o cümlədən əməkdaşlıq etdiyi ekspertlər və qurumlar haqqında məlumatlar yalnız qurumun rəsmi internet səhifəsi və rəsmi sosial media hesabları vasitəsilə ictimaiyyətə təqdim olunur: "Rəsmi olmayan mənbələrdə yayılan məlumatların ARTİ ilə heç bir əlaqəsi yoxdur. 
Vətəndaşları bu məlumatlara ciddi yanaşmamağa çağırırıq".

DTX Mehdiyev və şəbəkəsini İFŞA ETDİ - Şok faktlar üzə çıxdı
Son xəbərlərDaha çox