Azedu.az

Musiqi fənni üzrə sertifikasiyanın MÖVZULARI

Sertifikasiya

10 Yanvar 2026, 09:05
Musiqi fənni üzrə sertifikasiyanın MÖVZULARI

Məlum olduğu kimi, bu il musiqi müəllimləri ilk dəfə sertifikatlaşdırma prosesinə cəlb olunacaqlar. 

AzEdu.az xəbər verir ki, musiqi müəllimləri üçün sertifikatlaşdırmanın test mərhələsində fənn üzrə sual sayı aşağıdakı nisbətdə olacaq:

Ümumilikdə 60, fənn üzrə 50, Metodika və pedaqogika üzrə isə 10 sual salınacaq.

Məzmun sahələri üzrə mövzular bunlardır:

1. Elementar musiqi nəzəriyyəsi

Ritm, tembr, temp, tempin növləri, lad, registr, melodiya, dinamika, intervallar, alterasiya işarələri, tonallıq, akkord, cümlə, period, tetraxord, qamma, tonika, üçsəslilər, kadensiya, xromatizm, diatonika, notlar, pauza, not yazısının ixtisarları, stakkato, leqato, liqa, kreşendo, diminuendo, diyez qammaları, bemol qammaları, sadə ölçülər, mürəkkəb ölçülər, volta, sinkopa, forşlaq, repriza, melizm

2. Musiqi ədəbiyyatı

Azərbaycan bəstəkarları və yaradıcılığı

Xarici bəstəkarlar və yaradıcılığı

3. Alətşünaslıq. İfa üslubları

Xalq çalğı alətləri və onların ifa üslubları

Simfonik alətlər orkestrinin alətləri

Kamera orkestrinin alətləri

Simli alətlər orkestrinin alətləri

Azərbaycan xalq çalğı alətləri orkestrinin alətləri

Estrada orkestrinin alətləri

Ansambl

4. Səs. Səs diapazonları. İfa üslubları. Kişi, qadın, uşaq səsləri

Kişi, qadın, uşaq səslərinin səs diapazonları

Kişi, qadın, uşaq səslərinin ifa üslubları

5. Üslub və janrlar

Opera, balet, simfoniya, operetta, konsert, xor, kantata, oratoriya, motet, madriqal, rekviyem, fuqa, tokkata, rondo, variasiya, a kapella, romans, uvertüra, reçitativ, solo, duet, trio, kvartet, kvintet, mahnı, vokaliz, vokal silsilə, serenada, sonata, skerso, yumoreska, vals, etüd, menuet, noktürn, prelüd, ballada, süita, ariya, ariyetta və s. 6. Xalq musiqisi (Milli və digər xalqların musiqisi)

Azərbaycan xalq mahnıları, xalq rəqsləri, muğamlar, aşıq yaradıcılığı

Rus, ispan, alman, fransız, italyan, polyak, macar, Ukrayna, Belarus, özbək, tacik, hind, yapon, Çin, Kuba xalq rəqsləri və xalq mahnıları.

ABŞ-dən Xameneiyə SƏRT XƏBƏRDARLIQ - Vaxtın var, qaç!
SORĞU
Ən uğurlu regional təhsil idarəsi hansıdır?
Səs ver
Son xəbərlərDaha çox