Azedu.az

Ötən il sertifikasiya balına əsasən iş yerini dəyişən müəllimlərin SAYI

Sertifikasiya

8 Yanvar 2026, 14:52
Ötən il sertifikasiya balına əsasən iş yerini dəyişən müəllimlərin SAYI

Hər il dövlət ümumi təhsil müəssisələrində müddətsiz müqavilə əsasında fasiləsiz olaraq 3 tədris ili çalışan şəxslər müəllimlərin iş yerini dəyişdirməsi müsabiqəsində iştirak edirlər.

Yerdəyişmədə sertifikasiya, müəllimlərin işə qəbulu və ya diaqnostik qiymətləndirilmədə topladıqları bal nəzərə alınır.

Maraqlıdır, 2025-ci ildə sertifikasiya balına əsasən iş yerini dəyişən müəllimlərin sayı neçə nəfər olub?

Mövzu ilə bağlı AzEdu.az Təhsil Portalı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə (MÜTDA) sorğu ünvanlayıb.

Agentlikdən sorğumuza cavab olaraq bildirilib ki, 2025-ci ildə təhsilverənlərin sertifikatlaşdırılması prosesi nəticəsinə əsasən iş yerini dəyişən müəllim sayı 380 olub.

İranda GƏRGİNLİK ! Güneylilər ayağa qalxdı - Televiziya yandırılır
SORĞU
Ən uğurlu regional təhsil idarəsi hansıdır?
Səs ver
Son xəbərlərDaha çox