Azedu.az

Musiqi fənni üzrə sertifikasiyanın MÖVZULARI 

Sertifikasiya

1 Yanvar 2026, 09:14
Musiqi fənni üzrə sertifikasiyanın MÖVZULARI 

Məlum olduğu kimi, gələn il Musiqi müəllimləri ilk dəfə sertifikatlaşdırma prosesinə cəlb olunacaqlar. 

AzEdu.az xəbər verir ki, Musiqi müəllimləri üçün sertifikatlaşdırmanın test mərhələsində musiqi fənni üzrə sual sayı aşağıdakı nisbətdə olacaq:

➢ Elementar musiqi nəzəriyyəsi 8

➢ Musiqi ədəbiyyatı 22

➢ Alətşünaslıq. İfa üslubları 4

➢ Səs. Səs diapazonları. İfa üslubları 6

➢ Üslub və janrlar 5

➢ Xalq musiqisi 5

Məzmun sahələri üzrə mövzular:

1.Elementar musiqi nəzəriyyəsi

➢ Ritm, tembr, temp, tempin növləri, lad, registr, melodiya, dinamika, intervallar, alterasiya işarələri, tonallıq, akkord, cümlə, period, tetraxord, qamma, tonika, üçsəslilər, kadensiya, xromatizm, diatonika, notlar, pauza, not yazısının ixtisarları, stakkato, leqato, liqa, kreşendo, diminuendo, diyez qammaları, bemol qammaları, sadə ölçülər, mürəkkəb ölçülər, volta, sinkopa, forşlaq, repriza, melizm

2. Musiqi ədəbiyyatı

➢ Azərbaycan bəstəkarları və yaradıcılığı

➢ Xarici bəstəkarlar və yaradıcılığı

3. Alətşünaslıq. İfa üslubları

➢ Xalq çalğı alətləri və onların ifa üslubları

➢ Simfonik alətlər orkestrinin alətləri

➢ Kamera orkestrinin alətləri

➢ Simli alətlər orkestrinin alətləri

➢ Azərbaycan xalq çalğı alətləri orkestrinin alətləri

➢ Estrada orkestrinin alətləri

➢ Ansambl

4. Səs. Səs diapazonları. İfa üslubları. Kişi, qadın, uşaq səsləri

➢ Kişi, qadın, uşaq səslərinin səs diapazonları

➢ Kişi, qadın, uşaq səslərinin ifa üslubları

5. Üslub və janrlar

➢ Opera, balet, simfoniya, operetta, konsert, xor, kantata, oratoriya, motet, madriqal, rekviyem, fuqa, tokkata, rondo, variasiya, a kapella, romans, uvertüra, reçitativ, solo, duet, trio, kvartet, kvintet, mahnı, vokaliz, vokal silsilə, serenada, sonata, skerso, yumoreska, vals, etüd, menuet, noktürn, prelüd, ballada, süita, ariya, ariyetta və s.

6. Xalq musiqisi (Milli və digər xalqların musiqisi)

➢ Azərbaycan xalq mahnıları, xalq rəqsləri, muğamlar, aşıq yaradıcılığı

➢ Rus, ispan, alman, fransız, italyan, polyak, macar, Ukrayna, Belarus, özbək, tacik, hind, yapon, Çin, Kuba xalq rəqsləri və xalq mahnıları

Distant təhsil xərcləri azaltmaq üçün atılan addımdır?
Son xəbərlərDaha çox