Azedu.az

Bakıda ana üç azyaşlı qızı ilə İTKİN DÜŞÜB

27 Fevral 2023, 09:54
Bakıda ana üç azyaşlı qızı ilə İTKİN DÜŞÜB

Bakıda gənc qadın üç uşağı ilə birlikdə itkin düşüb.

 

AzEdu.az xəbər verir ki, bu barədə polisə paytaxtın Xətai rayonunda yaşayan 1992-ci il təvəllüdlü Emin Ağayev bildirib.

 

O, polisə ərizə ilə müraciət edərək bildirib ki, fevralın 25-də arvadı 1997-ci il təvəllüdlü İlhamə Ağayeva 5, 6, 7 yaşlarında olan qızlarını götürərək birgə yaşadığı ünvandan çıxıb və bir daha geri qayıtmayıb.

 

Faktla bağlı araşdırma aparılır.

Paşinyan özündən çıxdı - Putinin önündə qələmi masaya çırpdı
Son xəbərlərDaha çox