Bu il ilk dəfə rekord sayda, 350 minə yaxın şagird bilik yarışlarında iştirak edib.
AzEdu.az xəbər verir ki, bu sözləri Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
E.Bağırov qeyd edib ki, bu gün Milli Hakaton yarışı rəqəmsallaşma istiqamətində ən iri miqyaslı tədbirlərdən biridir:
"2017-ci ildən etibarən Azərbaycan məktəblərində rəqəmsal bacarıqlar layihəsi icra olunur. Bu layihələr çərçivəsində artıq hər il müsabiqələr təşkil olunur. Bilik yarışı çərçivəsində rekord sayda ilk dəfə olaraq bu il 350 minə yaxın şagirdimiz bu prosesdə iştirak edir. İlk dəfədir ki, bu miqyasda iştirakçılıq təmin olunub və bu gün artıq bu yarış nəticəsindı qalib olan və yüksələn şagirdlər bu məkanda öz bacarıqlarını sınayırlar. Yekunda 30 şagird qalib olaraq mükafatlandırılacaq".