Azedu.az

Ballar artdı, rəqabət gücləndi: Növbəti qəbul necə olacaq?

Şagirdlər

28 Noyabr 2025, 09:14
Ballar artdı, rəqabət gücləndi: Növbəti qəbul necə olacaq?

Bu il bəzi ixtisas qruplarında balların kəskin yüksəlməsi növbəti qəbul imtahanları ilə bağlı diqqət çəkən məqamlardan biridir. Artıq buraxılış və blok imtahanlarına az vaxt qalması fonunda qəbul prosesində baş verə biləcək dəyişikliklərin nəticələrə hansı şəkildə yansıyacağı diqqət mərkəzindədir.

Görəsən, ballardakı artım növbəti imtahan ilində abituriyentlər arasında rəqabət balansını necə dəyişəcək?

AzEdu.az-a mövzu ilə bağlı təhsil eksperti Məzahir Məmmədli açıqlama verib.

"Son vaxtlar sosial mediada belə bir fikir səslənir və iddia olunur ki, bu ilin qəbul və buraxılış imtahanları fevral ayında keçiriləcək. Bu isə abituriyentlər arasında ciddi narahatlıq yaradıb. Dövlət İmtahan Mərkəzi hər il ənənəvi olaraq tədris ili başa çatmasına 12-13 həftə qalmış buraxılış imtahanları keçirilir. Bu da, əlbəttə ki, hər il imtahanlardan sonra valideynlər, abituriyentlər və bu sahənin mütəxəssisləri arasında müəyyən gərginlik yaradır ki, tədris ili başa çatmadan buraxılış imtahanı necə keçirilə bilər?

İllər üzrə təcrübə göstərir ki, imtahanlar tədris proqramı tam yekunlaşmadan təşkil olunur.

"Böyük ehtimalla bu il də eyni praktika davam edəcək. Fevral ayında imtahanların keçirilə biləcəyi ilə bağlı səslənən fikirlər abituriyentlər arasında narahatlıq yaratsa da, bununla bağlı rəsmi qərar açıqlanmayıb. Belə bir hal olarsa, abituriyentlərin hazırlıq tempinə müəyyən təsirlərin olması mümkündür.

İmtahan suallarının tərtibinə gəldikdə isə, bəzən ayrı-ayrı fənlərdə müəyyən çətinliklərin yarandığı müşahidə edilib və bu, ictimai müzakirələrə səbəb olub. Bununla belə, hər il imtahan sessiyası yekunlaşdıqdan sonra DİM tərəfindən qiymətləndirmə və təhlil aparılır, növbəti illər üçün təkmilləşdirmələr nəzərdə tutulur.

Nəzərə almaq lazımdır ki, imtahan nəticələri abituriyentlərin gələcək ixtisas seçiminə birbaşa təsir göstərir. Bu baxımdan, imtahanların tədris proqramına uyğun və aydın şəkildə hazırlanması gələcəkdə yarana biləcək anlaşılmazlıqların qarşısını almağa kömək edə bilər".

Ərdoğandan Putinə CAVAB - Türkiyə ordusu hərəkətə keçir
Son xəbərlərDaha çox