Azedu.az

Onların ixtirası qızıl medala layiq görüldü - qaliblərin təəssüratları

Şagirdlər

5 Mart 2026, 13:01
Onların ixtirası qızıl medala layiq görüldü - qaliblərin təəssüratları

Lənkəran rayonu Boladi kənd məktəbinin şagirdi Elay MikayıllıTalib Cabbarov “Sabahın alimləri” müsabiqəsinin qalibi olublar. Onlar qızıl medala layiq görülüblər.

Qeyd edək ki, onlar müharibədən sonra mina partlayışlarının yaratdığı fəsadlara diqqət çəkərək, əsgərlərin təhlükəsizliyini təmin etmək məqsədilə ayaqqabıya inteqrasiya olunmuş mina detektoru layihəsini təqdim etmişdilər.

AzEdu.az qaliblərin təəssüratlarını öyrənib.

9-cu sinif şagirdi Elay Mikayıllı birinci yerə layiq olacağına inandığını qeyd edib:

“Bura gələndə inanırdım ki, birinci yerə layiq olacağam. Adım çəkiləndə çox sevindim və özümlə fəxr etdim. Komanda yoldaşımla da qürur duyuram. Nəhayət, birinci yerə layiq görüldük".

Qalib şagird digər iştirakçılara da mesaj ünvanlayıb:

“Bir dəfə uduzanda və ya qalib olmayanda motivasiyanızı itirməyin. Çalışın, öz üzərinizdə daha çox işləyin və növbəti dəfə qalib olmağa çalışın".

Digər qalib, 10-cu sinif şagirdi Talib Cabbarovun sözlərinə görə, bu nailiyyəti əldə etmək üçün çalışmaq lazımdır:

“Bu yarışa gələndə açığı, qızıl medal gözləmirdim. Amma işimizin yaxşı olduğunu bilirdim və ən azı gümüş medal qazanacağımıza inanırdım. Gümüş medalçılar elan olunandan sonra düşündüm ki, bəlkə də birinci yer bizim ola bilər. Həmin an çox həyəcanlı idim, ürəyim sürətlə döyünürdü".

Talib bildirib ki, bu uğurun arxasında davamlı zəhmət dayanır:

“Bundan əvvəl altı-yeddi yarışda iştirak etmişəm və hər birində medal qazanmışam. Bütün şagirdlərə demək istəyirəm ki, mütləq cəhd edin. Cəhd etməsəniz, nəticə də olmayacaq. Daim çalışmaq və sınamaq lazımdır".

SON DƏQİQƏ! İran Naxçıvanı vurdu - Gündəm Masada
Son xəbərlərDaha çox