Bu gün gənc ixtiraçıları “Sabahın alimləri” müsabiqəsində layihələrini təqdim ediblər.
AzEdu.az xəbər verir ki, müsabiqədə təqdim olunan layihələrdən biri Lənkəran rayonu Boladı kənd məktəbinin şagirdi Elay Mikayıllı tərəfindən hazırlanıb. O, müharibədən sonra mina partlayışlarının yaratdığı fəsadları vurğulayaraq, əsgərlərin təhlükəsizliyini təmin etmək məqsədilə ayaqqabıya yerləşdirilən mina detektoru layihəsini təqdim edib:
“Müharibədən sonra 80 nəfər mülki vətəndaş mina partlayışına məruz qalıb, onlardan 30 nəfəri həlak olmuş, 55 nəfəri isə müxtəlif xəsarətlər alıb”, - deyə Elay Mikayıllı bildirib.
Digər iştirakçı, Talib Cabbarov, layihənin texniki tərəfini açıqlayıb:
“Əksər minalar böyük və ağırdır, lakin bizim layihə kiçik ölçülü mina prototipi üzərində qurulub. Layihə hazırlandı, sifariş verildi və hazır cihaz ayaqqabının altına yerləşdirilərək təhlükəsizliyi təmin edir”, - deyə o bildirib.