Azedu.az

Şagirdlərdən maraqlı İXTİRA - xəstələrin yaralarını sensorlarla izləyir

Şagirdlər

3 Mart 2026, 12:45
Şagirdlərdən maraqlı İXTİRA - xəstələrin yaralarını sensorlarla izləyir

Sumqayıt şəhərində “Sabahın Alimi” müsabiqəsi böyük maraqla keçirilib. Burada gənc istedadlar öz innovativ layihələrini təqdim edərək gələcəyin alimləri kimi potensiallarını nümayiş etdiriblər. Şagirdlər yalnız texnologiya və elmi biliklərini yox, həm də problemlərə yaradıcı yanaşmalarını göstərərək iştirakçılar və qonaqların diqqətini cəlb ediblər.

AzEdu.az Sumqayıt məktəblilərinin hazırladıqları layihələr barədə təəssüratlarını öyrənib.

Sumqayıt Dövlət Təbiət Elmləri Kolleci Gimnaziyasının 11-ci sinif şagirdi  Səfurə Əsədzadə layihəsi haqqında danışıb.

Bildirilib ki, layihənin adı Vatriksdir və məqsədi yataq xəstələri və hərəkət etməkdə çətinlik çəkən şəkər xəstələrinin yaralarının sağalmasını izləmək və nəzarət etməkdir.

178704

“Digər hidrojel və yara örtüklərində kimyəvi maddələrdən istifadə olunur və bu maddələr xəstələrdə allergik reaksiyaya səbəb ola bilər. Bizim layihədə isə yumurtanın tərkibindəki ovotransferrin üzərində qurulmuş sistemdən istifadə edilir. Ovotransferrin bakteriyaları birbaşa öldürmür, lakin onların çoxalması üçün lazım olan dəmiri özünə çəkərək bakteriyaların çoxalmasının qarşısını alır.”

Bununla yanaşı, Sumqayıt şəhəri General Əsədov adına İnkişaf Tipli Internat Məktəbinin 10-cu sinif şagirdi Ayla Əsədzadə Ovatrix layihəsi haqqında məlumat verib:

178703

“Ovatrix, ovotransferrin əsasında hazırlanmış inteqrasiya olunmuş aktiv hidrojel sistemidir. Normal xiyar örtüklərindən fərqli olaraq, hidrojel evdə qulluğa ehtiyacı olan xəstələrin yaralarının rütubət və temperatur məlumatlarını izləyə bilir. Hidrojelin daxilində yerləşdirilən sensorlar vasitəsilə bu məlumatlar ilkin ekran vasitəsilə izlənir və temperatur, rütubətlilikdəki dəyişikliklər barədə sistem tərəfindən qeyd olunur".

Hər iki iştirakçı layihələrinin effektivliyini və innovativ yanaşmalarını nümayiş etdirərək, gələcəyin alimləri kimi potensiallarını göstəriblər.

Ərdoğandan ŞOK XƏBƏRDARLIQ - Türkiyə İran'daki müharibəyə qoşulur mu?
Son xəbərlərDaha çox