İranda Miyanab bölgəsində qızlar məktəbinə hava zərbələri nəticəsində ölən şagirdlərin sayı artıb.
AzEdu.az Tasnim"ə istinadən xəbər verir ki, hadisə zamanı ölən şagirdlərin sayı 57-ə çatıb, 60 yaralı var.
15:59
İranın Minab şəhərində qızlar üçün fəaliyyət göstərən ibtidai məktəbə edilən hücum nəticəsində ölənlərin sayı 40-a çatıb, 48 şagird yaralanıb.
AzEdu.az bu barədə "İRNA" agentliyinə istinadən məlumat yayır.
Bildirilir ki, hadisə məktəb və ətraf ərazilərdə böyük dağıntılara səbəb olub və xilasedici və tibbi xidmətlər dərhal fəaliyyətə başlayıb.
15:45
İsrailin hücumları nəticəsində İranın Minab şəhərində (Hörmözqan əyaləti) qızlar üçün ibtidai məktəbdə 24 şagird həlak olub.
AzEdu.az xəbər verir ki, bu barədə "Mehr news" agentliyi əyalət başçısı Məhəmməd Radmehrə istinadən məlumat verib.
Onun sözlərinə görə, bu gün səhər əyalətdə qızlar üçün "Şəcərət Tayibə" ibtidai məktəbi İsrail qüvvələrinin hücumuna məruz qalıb. Nəticədə şagirdlər həlak olub.
15:04
İsrailin zərbələri nəticəsində İranda 5 nəfər ölüb.
AzEdu.az "İRNA"ya istinadən xəbər verir ki, İsrailin İranın cənubuna endirdiyi zərbələr nəticəsində azı beş nəfər həlak olub.
Onların ibtidai sinif şagirdləri olduğu bildirilir.